BDU ilə Ankara Hacı Bayram Vəli Universiteti arasında anlaşma memorandumu imzalanıb

03/06/2025

Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyə Respublikasının Ankara Hacı Bayram Vəli Universiteti arasında anlaşma memorandumu imzalanıb.

Sənədi BDU-nun rektoru Elçin Babayev və Ankara Hacı Bayram Vəli Universitetinin rektoru Mehmet Naci Bostancı imzalayıb.

Memorandumda hǝr iki universitetin nǝzdindǝ olan fakültǝ, institut vǝ kolleclǝrdǝ təlim-tədris prosesinin təkmilləşdirilməsi vǝ beynǝlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramlar, tədris planları və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də memorandumda öz əksini tapıb.

Əsası 2018-ci ildə qoyulmuş Ankara Hacı Bayram Vəli Universiteti Türkiyənin nüfuzlu universitetlərindən biridir. Universitet “QS Dünya Universitetləri Reytinqi”ndə 901-950-ci pillələrdə qərarlaşır.

 

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026