BDU ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında Anlaşma memorandumu imzalanıb

27/05/2022

Bakı Dövlət Universiteti (BDU) ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında Anlaşma memorandumu imzalanıb.

Anlaşma memorandumunu BDU-nun rektoru Elçin Babayev və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva imzalayıblar.

Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, davamlı əməkdaşlığın təminatı olacaq memorandum hər iki qurum üçün mühüm əhəmiyyət daşıyır.

Elçin Babayev bildirib ki, ali təhsil müəssisələrinin flaqmanı olan BDU-da son illər yeni innovativ üsullar tətbiq edilir, Türkologiya da daxil olmaqla bütün sahələrin nəzəriyyə-təcrübə vəhdətində inkişafına xüsusi diqqət ayrılır: “Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu dövlət əhəmiyyətli və beynəlxalq miqyaslı proqramlar vasitəsilə maddi və mənəvi dəyərlərimizin mühafizə edilməsi, dünyada tanıdılması, gənc nəslə aşılanması sahəsində böyük təcrübəyə malikdir. İmzalanacaq memorandum çərçivəsində türk xalqlarının mədəni irsinin təbliği, görkəmli şəxsiyyətlərinin yubileylərinin qeyd olunması məqsədi ilə birgə konfrans, simpozium, sərgilərin keçirilməsi, Universitetin sonuncu kurs tələbələri üçün Fondda 1-3 aylıq istehsalat təcrübələrinin təşkili, türk dünyasına mühüm töhfələr verən tədqiqat işlərinin aparılmasında fərqlənən tələbələrə təqaüdün verilməsi, BDU-da Fondun dəstəyi ilə Türk Dünyası Elmi Tədqiqatlar və Araşdırmalar Mərkəzinin yaradılması və digər əməkdaşlıq istiqamətləri nəzərdə tutulur”.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva isə rəhbərlik etdiyi Fondun fəaliyyət istiqamətləri, üzvləri barədə məlumat verib, BDU ilə imzalanacaq memorandumun rəhbərlik etdiyi qurum üçün mühüm əhəmiyyət daşıdığını bildirib: “Fondun əsas fəaliyyət istiqamətlərindən biri də təhsildir. Müxtəlif universitetlərdə türk dünyası mərkəzləri şəbəkəsi yaratmaq istəyirik. BDU ilə birgə yaradılacaq Türk Dünyası Elmi Tədqiqatlar və Araşdırmalar Mərkəzi də bu məqsədə xidmət edir. Fondun əsas məqsədi türk xalqlarını daha da yaxınlaşdırmaq, tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi təbliğ etməkdir”.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024