BDU ilə DOŞISA universiteti arasinda memorandum hazirlanir

24/12/2010

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Yaponiyanın Kioto şəhərinin Doşisa Universitetinin xarici əlaqələr üzrə səlahiyyətli nümayəndəsi, siyasi elmlər üzrə professor Nişaye Nakanişini qəbul edib. BDU-nun tarixi, inkişaf mərhələləri, beynəlxalq əlaqələri haqqında məlumat verən rektor xüsusilə Yaponiya ali təhsil məktəbləri ilə əlaqələrə toxunub. Azərbaycan-Yaponiya parlamentlərarası dostluq cəmiyyətinin rəhbəri olduğunu qonağın diqqətinə çatdıran akademik Abel Məhərrəmov, eyni zamanda, universitetdə yapon dili və ədəbiyyatının tədrisindən, bu sahədə formalaşmış məktəbdən də danışıb. Rektor Yaponiya universitetləri ilə əlaqələrin genişlənməsində maraqlı olduğunu bildirib, yapon dili və ədəbiyyatını öyrənən tələbələrin yay dil təcrübələrinin Yaponiyada keçirilməsinin, tələbə mübadiləsinin vacibliyini qeyd edib.

Nişai Nakanişi öz növbəsində bildirib ki, o, yüz otuz beş yaşı olan özəl Doşisa universitetini təmsil edir. Bu elm ocağı Yaponiya hökuməti tərəfindən beynəlxalq əməkdaşlıq üçün seçilmiş on üç universitetdən biridir. Burada əcnəbi tələbələr öz istəkləri ilə yapon yox, ingilis dilində təhsil ala bilərlər. Qonaq Azərbaycan tələbələrinin Doşisa universitetində oxumasında, iki universitet arasında əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.

Yaponiya səfirliyinin köməyi ilə BDU-da Yaponiya mərkəzinin açılacağına toxunan rektor deyib ki, tərəflər yalnız kadrların hazırlanması ilə kifayətlənməməlidir, onlar həm də nanotexnologiya, biokimya və s. elmlərin inkişafı istiqamətində maraqlı olmalıdırlar.

Akademik Abel Məhərrəmov və professor Nişaye Nakanişi BDU ilə Doşisa universiteti arasında əməkdaşlıq barədə memorandumun hazırlanması barədə razılığa gəliblər.

Nişaye Nakanişi BDU-da yapon dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb, onların hazırlıq səviyyəsindən məmnun qaldığını bildirib.

BDU-nun Mətbuat və informasiya şöbəsi

Xəbərlər

Oyanış, bərəkət və birlik bayramı

Oyanış, bərəkət və birlik bayramı
20/03/2023

BDU-nun Kimya fakültəsində “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” adlı tədbir

BDU-nun Kimya fakültəsində “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” adlı tədbir
17/03/2023

ETSN yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti BDU-da maarifləndirici görüş keçirib

ETSN yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti BDU-da maarifləndirici görüş keçirib
17/03/2023