BDU ilə Çinin Tianshui Pedaqoji Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

05/11/2025

Bakı Dövlət Universitetində (BDU) Çin Xalq Respublikasının Tianshui Pedaqoji Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, rektorun elm və təhsil üzrə müşaviri Aydın Kazımzadə və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Çin Xalq Respublikasının Tianshui Pedaqoji Universitetinin prezidenti Wang Juying, tədris işləri üzrə direktor Yang Xueliang, Beynəlxalq əməkdaşlıq və mübadilə şöbəsinin sektor müdiri Zhang Na, Elmi tədqiqatların idarə edilməsi ofisinin direktor müavini Jia Yingliang, Ədəbiyyat və mədəniyyətlərarası kommunikasiya fakültəsinin dekanı Yu Liangcai iştirak ediblər.

Qonaqlara Universitetin tarixi, fəaliyyəti, strukturu, tədris və elmi fəaliyyəti barədə ətraflı məlumat verilib. Daha sonra qonaqlar təmsil etdikləri təşkilatın əsas fəaliyyət istiqamətləri barədə danışıblar. Görüşdə iki universitet arasında əməkdaşlıq imkanları müzakirə olunub, bir neçə sahədə ikili diplom proqramlarının qurulması və təcrübə mübadiləsinin vacibliyi vurğulanıb. Görüşdə ali təhsildə potensialın artırılması ilə bağlı müvafiq layihələr təklif olunub.

Tianshui Pedaqoji Universiteti 1959-cu ildə təsis edilib. Universitetin bir akademiya, 18 kollec, 64 tədris bölməsi və 17000-dən çox tələbəsi var.

 

 

Xəbərlər

BDU-nun Karyera və məzunlarla iş Mərkəzi və “Dapti.az” platformasının nümayəndələri arasında görüş

BDU-nun Karyera və məzunlarla iş Mərkəzi və “Dapti.az” platformasının nümayəndələri arasında görüş
26/01/2026

BDU-da “Pakistan otağı” açılıb

BDU-da “Pakistan otağı” açılıb
26/01/2026

BDU-da qayıdış hüququna dair təlimlər başlayıb

BDU-da qayıdış hüququna dair təlimlər başlayıb
26/01/2026