BDU ilə Qazaxıstanın Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti ilə GEOCLIC layihəsi çərçivəsində müqavilə imzalanıb

29/04/2021

Bakı Dövlət Universiteti (BDU) Avropa İttifaqının (Aİ) 2021-2024-cü illəri əhatə edən ERASMUS+ KA2 proqramı çərçivəsində “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar” (GEOCLIC)  adlı layihədə qalib olub.

Layihə çərçivəsində BDU ilə Qazaxıstanın Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti arasında müqavilə imzalanıb. Layihənin məqsədi sahil ekosistemlərinin ekoloji təhlükəsizliyini təmin etmək məqsədi ilə yeni texnologiyalardan istifadə edərək geoməkan texnologiyaları üzrə bakalavr, magistratura və doktorantura kurrikulumlarının müasirləşdirilməsidir. Layihə çərçivəsində həmçinin, Coğrafiya fakültəsində təlim prosesinin təkmilləşdirilməsi məqsədi ilə yeni bir laboratoriyanın təsis edilməsi və müasir avadanlıqlarla təmin edilməsi nəzərdə tutulub.

 

Xəbərlər

Bakı Dövlət Universitetinə “QS 5 Stars” mükafatı təqdim edilib

Bakı Dövlət Universitetinə “QS 5 Stars” mükafatı təqdim edilib
06/11/2025

BDU-nun Kimya fakültəsində Zəfər Günü qeyd olunub

BDU-nun Kimya fakültəsində Zəfər Günü qeyd olunub
06/11/2025

BDU-da tədbir: “Zəfərə gedən yolun son addımı"

BDU-da tədbir: “Zəfərə gedən yolun son addımı"
06/11/2025