BDU ilə “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyi arasında görüş

28/08/2023

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universiteti (BDU) və “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyi arasında onlayn görüş keçirilib.

Görüşdə Rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov, “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyinin regional direktoru Sergei Khristoliubov, BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin əməkdaşı Zülfiyyə Şəfiyeva iştirak edib. Görüşdə QS qlobal və regional reytinqlərində BDU-nun göstəriciləri, əməkdaşlığın daha da genişləndirilməsi yolları və perspektivləri müzakirə olunub.

Görüşdə Universitetin qlobal rəqabətə davamlılığının artırılması istiqamətində qarşıda duran hədəfləri barədə tərəflər arasında fikir mübadiləsi aparılıb. QS tərəfindən təqdim edilən indikatorlar üzrə məsələlərin mütəmadi olaraq diqqətdə saxlanıldığı vurğulanıb.

Xəbərlər

BDU ilə Özbəkistanın İnnovasiya Texnologiyaları Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın İnnovasiya Texnologiyaları Universiteti arasında anlaşma memorandumu imzalanıb
30/04/2026

BDU-da “Arxeoloji tədqiqatlarda müasir yanaşmalar və praktiki tətbiqlər” adlı təlim-treninq keçirilib

BDU-da “Arxeoloji tədqiqatlarda müasir yanaşmalar və praktiki tətbiqlər” adlı təlim-treninq keçirilib
30/04/2026

BDU-da “Elsevier” şirkətinin silsilə təlimləri davam edir

BDU-da “Elsevier” şirkətinin silsilə təlimləri davam edir
30/04/2026