BDU ilə İrkutsk Dövlət Universiteti arasında əlaqələr genişlənir

17/10/2024

Rusiya Federasiyasının İrkutsk Dövlət Universitetinin Hüquq İnstitutunun professor-müəllim heyəti və tələbələri Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində olub. Görüşdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Hüquq fakültəsinin dekanı Zaur Əliyev bu səfərin iki ali təhsil ocağı arasında hüquq sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məqsədi daşıdığını qeyd ediblər.

BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov BDU ilə Rusiya Federasiyası universitetləri arasındakı mövcud beynəlxalq əlaqələrdən bəhs edib, gələcək əməkdaşlıq perspektivlərini vurğulayıb.

Hüquq fakültəsinin dekanı Zaur Əliyev BDU-nun, eləcə də fakültənin tarixi, strukturu və tədris prosesi haqqında qonaqlara ətraflı məlumat verib.

İrkutsk Dövlət Universitetinin nümayəndə heyəti fakültənin fəaliyyəti ilə tanış olub, kafedra müdirləri ilə görüşdə fakültədə həyata keçirilən elmi-tədqiqat işləri və pedaqoji fəaliyyət haqqında məlumat alıb.

Qonaqlar fakültədə fəaliyyət göstərən tələbə və gənclər təşkilatlarının fəaliyyəti və həyata keçirdiyi layihələrlə də tanış olublar.

 

 

Xəbərlər

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
04/10/2025

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb
04/10/2025

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub
03/10/2025