BDU ilə İslam Əməkdaşlıq Gənclər Forumu arasında görüş keçirilib

26/05/2021

Bakı Dövlət Universitetində (BDU) İslam Əməkdaşlıq Gənclər Forumunun nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə təşkilatla BDU arasında qarşılıqlı əməkdaşlıq, həmçinin gələcək planlar barədə fikir mübadiləsi aparılıb, əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilib.

Tədbirdə BDU-nun rektoru Elçin Babayev, elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov, sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Əliş Ağamirzəyev, Elmi-təşkilati şöbənin müdiri Mahir Pirquliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, İslam Əməkdaşlıq Gənclər Forumunun prezidenti Taha Ayhan, təşkilatın icraçı direktoru Rəsul Ömərov, təşkilatın Avrasiya regional mərkəzinin idarə heyətinin sədri Elçin Əsgərov, təşkilatın prezidentinin icraçı köməkçisi Javharat Dinavasova iştirak ediblər.

Görüşdə çıxış edən İslam Əməkdaşlıq Gənclər Forumunun prezidenti T.Ayhan  BDU ilə beynəlxalq əlaqələr klublarının yaradılması, beynəlxalq startup layihələrində iştirak və BDU tələbələrinin startuplarla bağlı təlimlərə qoşulması, bigrə beynəlxalq simpoziumların keçirilməsi kimi istiqamətlər üzrə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

BDU-nun rektoru Elçin Babayev qonaqlara BDU-nun elmi potensialı, gənc tədqiqatçılar üçün universitetdə yaradılan şərait, aparılan elmi tədqiqatlar, Tələbələrin elmi-texniki yaradıcılıq Mərkəzi haqqında geniş məlumat verib. BDU-da elmi layihələrin, startapların reallaşdırılmasına xüsusi diqqət göstərildiyini vurğulayıb. Tədqiqat universitetinə çevrilmək, eyni zamanda gənclərin elmi tədqiqatlara fəal cəlb edilməsi istiqamətində atılan addımlara  diqqət çəkib. İslam Əməkdaşlıq Gənclər Forumunun layihələrində tədqiqatçıların fəal iştirak etməsi, birgə layihələrin həyata keçirilməsi perspektivlərini yüksək qiymətləndirib.

 

 

Xəbərlər

BDU-da elmi seminar: “Türk dünyasının mədəniyyət paytaxtı Şuşa haqqında nəşrlər”

BDU-da elmi seminar: “Türk dünyasının mədəniyyat paytaxtı Şuşa haqqında nəşrlər”
24/06/2025

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Respublika Fənn Olimpiadalarında 7 medal qazanıblar

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Respublika Fənn Olimpiadalarında 7 medal qazanıblar
24/06/2025

BDU rektorunun müşaviri ICESCO forumunda beynəlxalq paneldə çıxış edib

BDU rektorunun müşaviri ICESCO forumunda beynəlxalq paneldə çıxış edib  
24/06/2025