BDU ilə İsrailin Holon Texnologiya İnstitutu arasında əməkdaşlıq əlaqələri genişlənir

29/11/2019

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev universitetin 100 illik yubileyində iştirak etmiş İsrailin Holon Texnologiya İnstitutunun (HİT) prezidenti, professor Eduard Yakubovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Yubileydə iştiraklarına görə nümayəndə heyətinə təşəkkür edən rektor Elçin Babayev “Elm və təhsil inteqrasiyası (ISE-2019)” mövzusunda keçirilmiş beynəlxalq konfransın əhəmiyyətindən danışıb, təqdim edilən məruzələrin universitetlərarası əlaqələrin qurulmasında və daha da inkişafında mühüm rol oynayacağına əminliyini ifadə edib.

Professor Eduard Yakubovun təqdim etdiyi məruzəyə toxunan rektor onun innovasiya, texnologiya və sahibkarlıq əsrində ali təhsilin və tədqiqatların müasir dövrün çağırışlarına cavab verməsi, tədrisin müvafiq istiqamətlərdə qurulması barədə dedikləri fikirləri yüksək qiymətləndirib.

Professor Eduard Yakubov BDU-nun 100 illik yubileyində iştirakına və təqdimatı üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirib. Yubileylə bağlı keçirilmiş tədbirlərin onda xoş təəssürat yaratdığını bildirən Eduard Yakubov elm və təhsil inteqrasiyasına həsr olunmuş beynəlxalq konfransdan müsbət nəticələr gözlədiyini vurğulayıb.

Görüşdə Bakı Dövlət Universiteti, İsrailin İnnovativ Texnologiyalar Qrupu MMC və Holon Texnologiya İnstitutu arasında imzalanmış əməkdaşlıq haqqında protokolun müddəaları müzakirə edilib, ikitərəfli və çoxtərəfli qrant layihələrində iştirak, mübadilə proqramları,birgə tədris və akademik proqramların hazırlanması istiqamətində görülən işlərdən danışılıb.

Sonda qonaqlar universitetin maddi-texniki bazası ilə maraqlanıb, mərkəz və laboratoriyalarda olub, aparılan təqdiqat işləri ilə tanış olublar.

KİV-də yayımlananlar

Xəbərlər

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
04/10/2025

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb
04/10/2025

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub
03/10/2025