BDU ilə İsveçrənin UBIS Universiteti arasında ikili diplom proqramı üzrə əməkdaşlıq müqaviləsi imzalanıb

13/08/2021

Bu gün Bakı Dövlət Universiteti (BDU) və İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) arasında Beynəlxalq münasibətlər və diplomatiya ixtisaslaşması üzrə magistratura səviyyəsində ikili diplom proqramına dair əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.

Qeyd edək ki, İsveçrənin UBIS Universitetində biznes administrasiyası və beynəlxalq münasibətlər sahəsində yüksək səviyyədə bakalavr (BBA, BAIR), magistr (MBA, MAIR) və doktorant hazırlığı həyata keçirilir. Universitet ABŞ-ın Biznes Təhsili üzrə Beynəlxalq Akreditasiya Şurasının (IACBE) xüsusi akreditasıyasından keçmiş, həmçinin ABŞ-da və digər dünya ölkələrində biznes və beynəlxalq münasibətlər ixtisası proqramlarının tədrisi üzrə tam akkreditasiya almış ilk ISO 29990 sertifikatlı İsveçrə ali təhsil müəssisəsidir. Universitet 2012-ci ildən İsveçrə Keyfiyyət Sertifikatına sahibdir.

İmzalanma mərasimində BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Zeynalabdin Həsənəliyev, UBIS Universitetinin baş direktorunun müavini Rafael Salazar, dekan müavini Roy Mouavad, Biznesin inkişafı üzrə direktor Kamal Dadaşov iştirak ediblər.

Görüşdə BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov UBIS Universiteti ilə birgə kadr hazırlığının, universitetlərarası ikili diplom proqramının əhəmiyyətindən bəhs edib və gələcək əməkdaşlığın faydalı olması üçün bütün zəruri addımların atılacağını bildirib.

UBIS Universitetinin baş direktorunun müavini Rafael Salazar çıxışında imzalanma mərasimini gələcək əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirib və onu birgə əməkdaşlıq istiqamətində görülən işlərin bəhrəsi kimi qiymətləndirib.

Görüşün sonunda BDU və UBIS Universiteti arasında ikili diplom proqramı üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu ikili diplom proqramı BDU ilə UBIS universiteti arasında siyasi və idarəetmə elmlərinin fundamental və tətbiqi metodlarından istifadə edərək öz peşə fəaliyyətlərində praktik problemləri təsnif etmək və onları effektiv həll etmək bacarıqlarına malik, habelə, təhsil, elm və beynəlxalq münasibətlər sahəsi üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlanması prosesinə xüsusi təkan verəcəkdir.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub
26/04/2024

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
26/04/2024