BDU ilə Tekirdağ Namık Kemal Universiteti arasında Mövlanə mübadilə protokolu imzalanıb
16/06/2022
Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Tekirdağ Namık Kemal Universiteti arasında Mövlanə mübadilə protokolu imzalanıb.
Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Tekirdağ Namık Kemal Universitetinin rektoru Mümin Şahin imzalayıblar.
Müqavilə çərçivəsində bakalavrların, tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur.
2006-ci ildə əsası qoyulmuş Tekirdağ Namık Kemal Universitetində 30000 tələbə təhsil alır. 11 fakültədə müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Universitetdə 3 institut, 12 peşə məktəbi və 16 araşdırma mərkəzi fəaliyyət göstərir.
Xəbərlər
Milli qürur mənbəyimiz
Milli qürur mənbəyimiz
BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub
BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub
BDU könüllüləri Zəfər muzeyini ziyarət ediblər
BDU könüllüləri Zəfər muzeyini ziyarət ediblər
