BDU ilə Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti arasında anlaşma memorandumu imzalanıb

21/05/2024

Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyə Respublikasının Kahramanmaraş Sütcü İmam Universiteti arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Memorandumu BDU-nun rektoru Elçin Babayev və Kahramanmaraş Sütcü İmam Universitetinin rektoru Alptekin Yasım imzalayıblar.

Mərasimdə çıxış edən BDU rektoru Elçin Babayev qeyd edib ki, qardaş ölkələr olan Azərbaycan və Türkiyənin sevinci və kədəri birdir. Təsadüfi deyil ki, Türkiyədə ötən ilin fevralında baş verən güclü zəlzələdən sonra Azərbaycan xalqı və dövləti bütün gücü ilə qardaş ölkənin yanında oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə zəlzələdən daha çox zərər çəkən Kahramanmaraşda “Azərbaycan” yaşayış məhəlləsinin salınması da qardaşlıq duyğusunun bariz nümunəsidir.

Elçin Babayev Kahramanmaraş Sütcü İmam Universiteti ilə müxtəlif elm sahələri üzrə yaxşı əməkdaşlıq imkanlarının olduğunu deyib. İki universitet arasında konkret istiqamətlər üzrə birgə tədqiqatlar aparıla, ikili diplom proqramları imzalana bilər.

Kahramanmaraş Sütcü İmam Universitetinin rektoru Alptekin Yasım isə rəhbərlik etdiyi ali təhsil ocağında 13 fakültədə 40 mindən artıq tələbənin təhsil aldığını vurğulayıb. O, BDU ilə əməkdaşlığın hər iki universitetə faydalı olacağına əminliyini bildirib, memorandum çərçivəsində birgə təhsil, tədqiqat fəaliyyətinin, müəllim-tələbə mübadiləsinin həyata keçiriləcəyini diqqətə çatdırıb.

Xəbərlər

BDU və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə yaradılan “Mədəniyyət hüququ” ixtisaslaşmasının ilk buraxılışı olub

BDU və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə yaradılan “Mədəniyyət hüququ” ixtisaslaşmasının ilk buraxılışı olub
09/07/2026

Bu il BDU-nun SABAH qruplarını 493 məzun bitirir

Bu il BDU-nun SABAH qruplarını 493 məzun bitirir
09/07/2026

BDU məzunlarına Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə diplomatik rütbələr verilib

BDU məzunlarına Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə diplomatik rütbələr verilib
09/07/2026