BDU ilə Türkiyənin İstanbul Nişantaşı Universiteti arasında anlaşma memorandumu imzalanıb

29/12/2025

Bakı Dövlət Universiteti (BDU) və Türkiyə Respublikasının İstanbul Nişantaşı Universiteti arasında anlaşma memorandumu imzalanıb.

Sənədi BDU-nun rektoru Elçin Babayev və İstanbul Nişantaşı Universitetinin rektoru Ayşegül Komsuoğlu Çıtıpıtıoğlu imzalayıb.

Memorandumda hǝr iki universitetin nǝzdindǝ olan fakültǝ, institut vǝ kolleclǝrdǝ təlim-tədris prosesinin təkmilləşdirilməsi vǝ beynǝlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Həmçinin elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də memorandumda öz əksini tapıb.

Əsası 2009-cu ildə qoyulmuş İstanbul Nişantaşı Universiteti Türkiyənin nüfuzlu universitetlərindən biridir. Universitet “Times Higher Education” (THE) reytinqində 1001-1500-cü yerlər arasında qərarlaşıb.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026