BDU ilə UAFA təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb

19/11/2020

Bakı Dövlət Universiteti (BDU) ilə Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu CHED - Ali Təhsil Komissiyası (The Commission on Higher Education) proqramı çərçivəsində  Universitetin Sosial elmlər və psixologiya fakültəsi reallaşdıracaq.

Memoranduma əsasən, Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində yüksək ixtisaslı kadrların hazırlanması və tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ixtisasyönümlü təlimlər təşkil ediləcək, tələbələrə mühazirə və praktiki formada olmaqla professor Toby Long (Corctaun Universiteti) tərəfindən mühazirələr oxunacaq, təlimləri uğurla başa çatdıran təhsilalanlara sertifikatlar təqdim olunacaq. Eyni zamanda sözügedən layihə çərçivəsində ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya yönümlü sosial xidmətlərin təşkili və onların cəmiyyətə inteqrasiyasının təmin edilməsi məqsədilə Mərkəzin yaradılması nəzərdə tutulur. İştirakçıların sertifikatlaşdırılmasını Corctaun Universiteti və BDU ilə birlikdə həyata keçirəcək.

Qeyd edək ki, Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) “Uşaqlar, xüsusən də əlilliyi olan uşaqlar, sağlamlıq və təhsil məsələlərinə diqqət yetirməklə Azərbaycanda Sosial Həyatın uzunmüddətli inkişafına kömək” missiyası ilə 1998-ci ildə təsis edilib. UAFA həm Azərbaycanda, həm də beynəlxalq aləmdə sosial siyasət sahəsində önəmli fəaliyyəti olan qeyri-hökumət təşkilatıdır.

Xəbərlər

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib
24/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi
24/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026