BDU ilk dəfə olaraq "QS Sustainability 2024" reytinqində yer alıb

05/12/2023

Dünya üzrə nüfuzlu reytinq təşkilatı olan “QS Quacquarelli Symonds” agentliyi tərəfindən tərtib olunan "QS Sustainability 2024" reytinqi üzrə qlobal nəticələr elan olunub. Bakı Dövlət Universiteti ilk dəfə olaraq "QS Sustainability 2024"  reytinqində yer alıb.  

Dünya üzrə 1403, Azərbaycandan sadəcə 2 ali təhsil müəssisəsinin yer ala bildiyi reytinqdə Bakı Dövlət Universiteti ekoloji davamlılıq (enviornmental sustainability) indikatoru üzrə 241-ci yerdə qərarlaşıb. Adıçəkilən reytinq universitetlərin təhsil və tədqiqat vasitəsi ilə sosial və ətraf mühitə təsirini müəyyən olunmuş meyar və indikatorlar üzrə qiymətləndirir.

Məlumat üçün bildirək ki, “QS Europe 2023” reytinqi üzrə də BDU fakültə-tələbə (faculty-student ration) nisbətinə görə Avropa üzrə 90-cı, Azərbaycan üzrə isə 1-ci yerdə qərarlaşıb. Beynəlxalq tədqiqat şəbəkəsi (International Research Network) indikatoru üzrə BDU Azərbaycan ali təhsil müəssisələri arasında 1-ci olaraq müəyyənləşib.

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026