BDU ilk dəfə QS reytinqində iki müxtəlif ixtisas üzrə yer alıb

12/03/2025

Bakı Dövlət Universiteti (BDU) dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan "Quacquarelli Symonds" (QS) tərəfindən tərtib edilən “QS 2025 dünyanın ən yaxşı universitetlərinin fənn reytinqi”ndə əhəmiyyətli nəticə əldə edib. Universitet ilk dəfə olaraq iki müxtəlif ixtisas istiqaməti üzrə bu reytinqdə yer alıb. Belə ki, BDU neft və qaz mühəndisliyi sahəsində 151-175, riyaziyyat sahəsində isə 501-600 diapazonunda qərarlaşıb.

“QS dünyanın ən yaxşı universitetlərinin fənn reytinqi” universitetlərin qiymətləndirilməsində beş əsas indikator əsasında tərtib olunur: akademik nüfuz, işəgötürənlər arasında nüfuz, nəşrlərə istinad sayı, H-indeksi və beynəlxalq elmi əməkdaşlıq indeksi. Bu metodologiya çərçivəsində ali təhsil müəssisələri 5 geniş fənn sahəsi və 55 ixtisaslaşmış fənn kateqoriyası üzrə dəyərləndirilir.

BDU-nun bu nüfuzlu reytinqdə iki müxtəlif istiqamət üzrə yer alması Universitetin elmi potensialının və qlobal akademik mühitdə tanınmasının göstəricisidir. Bu nailiyyət BDU-nun beynəlxalq standartlara uyğun inkişaf strategiyasının, akademik mükəmməlliyə yönəlmiş fəaliyyətinin və elmi-tədqiqat potensialının növbəti təsdiqidir.

Xəbərlər

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib
24/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi
24/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026