BDU Çinin Anhui Kənd Təsərrüfatı Universiteti ilə əməkdaşlıq edəcək

17/12/2025

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çində yerləşən Anhui Kənd Təsərrüfatı Universitetini ziyarət edib. İkitərəfli görüş zamanı tərəflər təhsil və elmi-tədqiqat sahələrində strateji əməkdaşlığın qurulması imkanlarını müzakirə ediblər.

BDU-nun rektoru Elçin Babayev və Anhui Kənd Təsərrüfatı Universitetinin prezidenti Cao Haiqun universitetlər arasında bakalavr, magistr və doktorantura pillələrində akademik əməkdaşlıq, ortaq elmi-tədqiqat layihələri, müəllim və tələbə mübadilələri, aqrar tədqiqatlar üzrə resurslardan birgə istifadə, seminar və konfransların keçirilməsi və qarşılıqlı innovasiya təşəbbüsləri üzrə əməkdaşlıq imkanlarını müzakirə edib.

Görüş zamanı tərəflər mövcud maddi-texniki baza, laboratoriyalar və elmi infrastruktur imkanlarını nəzərdən keçirib, müxtəlif formatlarda əməkdaşlıq planlarını müəyyənləşdiriblər.

Görüşün yekununda tərəflər anlaşma memorandumunu imzalayıb.

 

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-da “Zəfərin 44 sütunu” layihəsinin növbəti görüşü: "Həqiqətin müdafiə xətti"

BDU-da “Zəfərin 44 sütunu” layihəsinin növbəti görüşü: "Həqiqətin müdafiə xətti"
22/10/2026