BDU Çinin Hefei şəhərindəki Anhui Universitetində Azərbaycan mədəniyyəti tədbiri keçirib

17/12/2025

Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə Çinin Hefei şəhərində yerləşən Anhui Universitetində Azərbaycan mədəniyyəti tədbiri keçirilib. Tədbirin əsas məqsədi Azərbaycan mədəniyyətinin tanıdılması, Azərbaycan ilə Çin arasında müxtəlif sahələrdə əlaqələrin inkişafının təbliği olub.

Tədbirin açılışında BDU-nun rektoru Elçin Babayev çıxış edərək, Azərbaycan ilə Çin arasında müxtəlif sahələrdə tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb. Rektor bildirib ki, ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli etimad və qarşılıqlı əməkdaşlıq mədəniyyət, təhsil və elm sahələrində də əməkdaşlığın inkişafına geniş imkanlar yaradır. O, həmçinin BDU tələbələrinin Çində ikili diplom proqramı çərçivəsində beynəlxalq təcrübə qazandığını qeyd edib.

BDU və Anhui Universiteti heyətinin, Azərbaycandan olan tələbələrin, həmçinin Çindən və müxtəlif ölkələrdən olan təhsilalanların iştirak etdiyi tədbirin əsas hissəsində BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin solistinin canlı ifasında Azərbaycan və Çin mahnıları səsləndirilib, Azərbaycanı tərənnüm edən videokadrlar nümayiş etdirilib.

Tədbirin ikinci hissəsində iştirakçılar üçün Azərbaycan çayı və milli şirniyyat nümunələrindən ibarət ənənəvi çay süfrəsi  təşkil olunub.

Xəbərlər

Azərbaycan milli mətbuatı - 151

Azərbaycan milli mətbuatı - 151
22/07/2026

BDU-da bakalavr səviyyəsində bəzi ixtisaslar üzrə elektron diplomlar verilib

BDU-da bakalavr səviyyəsində bəzi ixtisaslar üzrə elektron diplomlar verilib
22/07/2026

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib
19/07/2026