BDU iqlim dəyişikliklərinə qarşı qlobal akademik şəbəkə olan CANIE-yə qoşulub

16/04/2025

Bakı Dövlət Universiteti (BDU) iqlim dəyişikliyi ilə mübarizə və dayanıqlı inkişaf sahəsində beynəlxalq öhdəliklərini genişləndirərək, Beynəlxalq Təhsilverənlər üçün İqlim Fəaliyyəti Şəbəkəsinə (The Climate Action Network for International Educators – CANIE) qoşulub. Bu addım universitetin ekoloji məsuliyyət, qlobal çağırışlara cavab və beynəlxalq əməkdaşlıq istiqamətində strateji səylərinin mühüm göstəricisidir.

CANIE beynəlxalq təhsil sahəsində fəaliyyət göstərən qurum və mütəxəssisləri bir araya gətirən aparıcı qeyri-kommersiya şəbəkəsidir. Təşkilatın əsas məqsədi ali təhsil və akademik mobillik sektorunun iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirakını təşviq etmək, bu sahədə praktiki həll yollarının formalaşdırılmasına töhfə verməkdir. Sözügedən şəbəkənin QS Dayanıqlılıq Reytinqi tərəfindən tanınması qurumun ali təhsil sahəsində iqlim dəyişikliyi ilə mübarizədə artan qlobal təsirini göstərir.

BDU-nun CANIE üzvlüyü çərçivəsində həyata keçirəcəyi əsas istiqamətlərə fəaliyyətlərində karbon izinin azaldılması, ekoloji təhsil və maarifləndirmə təşəbbüslərinin gücləndirilməsi, yaşıl kampus strategiyalarının inkişaf etdirilməsi, eləcə də davamlı və ətraf mühitə uyğun akademik mobillik modellərinin tətbiqi daxildir.

Universitetin bu təşəbbüsü artıq uğurla icra olunan ekoloji proqramlar – xüsusən də “ECOLEAD” layihəsi və “Yaşıl Universitet” konsepsiyası ilə birbaşa uzlaşır və BDU-nun ali təhsildə dayanıqlılıq və ətraf mühitə məsuliyyətli yanaşma üzrə liderliyini daha da gücləndirir. Qeyd etmək istərdik ki, BDU sözügedən şəbəkəyə üzv olan ilk Azərbaycan ali təhsil müəssisəsidir.

 

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026