BDU könüllüləri “Qərbi Azərbaycan Gənc Səfirləri – II” layihəsinin növbəti görüşündə iştirak ediblər

27/02/2026

Fevralın 27-də Qərbi Azərbaycan İcmasında “Qərbi Azərbaycan Gənc Səfirləri – II” layihəsinin iştirakçıları ilə növbəti görüş təşkil olunub.

İcmanın aparat rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov layihənin məqsədləri və prioritet istiqamətləri barədə məlumat verib. Bildirib ki, layihə çərçivəsində gənclərin beynəlxalq platformalarda fəal və peşəkar təmsilçiliyi, Qərbi Azərbaycan həqiqətlərinin sistemli şəkildə çatdırılması əsas hədəflərdəndir.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva gənclərin təşəbbüskarlıq, intellektual hazırlıq və milli-mənəvi dəyərlərə bağlılıq prinsipləri əsasında fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, layihənin birinci mərhələsi uğurla icra olunub və ikinci mərhələnin daha genişmiqyaslı nəticələr verəcəyi gözlənilir. Nazir müavini beynəlxalq müstəvidə fəallıq, düzgün kommunikasiya bacarıqları və strateji yanaşmanın əhəmiyyətinə dair tövsiyələr verib, iştirakçılara uğurlar arzulayıb.

İcmanın Müşahidə Şurasının sədri, BDU-nun Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri, professor Misir Mərdanov çıxışında Qərbi Azərbaycan həqiqətlərinin elmi əsaslarla öyrənilməsi və təqdim edilməsinin strateji əhəmiyyət daşıdığını bildirib. O vurğulayıb ki, bu istiqamətdə gənclərin fəallığı xüsusi rol oynayır. Ölkədə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin davamlılığı üçün gənclərin bu siyasəti dərindən mənimsəməsi və ona dəstək verməsi vacibdir.

Görüş zamanı iştirakçıların sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, layihə Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlıları Gənclər Təşkilatının təşkilatçılığı, Qərbi Azərbaycan İcması,  Gənclərin İnkişaf və Karyera Mərkəzi, Bakı Dövlət Universiteti və “BDU könüllüləri” təşkilatının tərəfdaşlığı ilə həyata keçirilir.

Xəbərlər

Tariximizin qanlı səhifəsi: 1918-ci ilin mart soyqırımı

Tariximizin qanlı səhifəsi: 1918-ci ilin mart soyqırımı
31/03/2026

BDU “Yer saatı” beynəlxalq kampaniyasına qoşulub

BDU “Yer saatı” beynəlxalq kampaniyasına qoşulub
28/03/2026

27 Mart - Azərbaycanda “Elm günü”dür

27 Mart - Azərbaycanda “Elm günü”dür
27/03/2026