“BDU könüllüləri” təşkilatı yeni könüllülərin qəbulunu elan edir

23/09/2026

Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatı yeni könüllülərin qəbuluna başlayıb.

Könüllülük proqramına qoşulan tələbələr universitetin struktur bölmələrində və fakültələrində müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərmək, sosial-mədəni layihələrdə iştirak etmək və BDU-nun ictimai həyatına töhfə vermək imkanı əldə edəcəklər.

Proqram çərçivəsində tələbələrin liderlik, ünsiyyət, komanda işi və problem həlletmə bacarıqlarının inkişaf etdirilməsi, onların təhsil və gələcək karyeraları üçün faydalı praktiki təcrübə qazanmaları nəzərdə tutulur. Könüllülər, eyni zamanda, yeni təşəbbüslərlə çıxış etmək, öz layihə və ideyalarını irəli sürmək və reallaşdırmaq imkanı qazanacaqlar.

“BDU könüllüləri” təşkilatına qoşulmaq istəyən tələbələr aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://forms.gle/zGUdpX7iFFCYxpZk9

Xəbərlər

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub
16/10/2026