“BDU könüllüləri” təşkilatının aktiv üzvləri təltif olunublar

26/12/2025

Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumunda “BDU könüllüləri” təşkilatının sədr müavini Nurqələm Hüseynov və ictimaiyyətlə əlaqələr üzrə menecer Səriyyə Orucova “İlin könüllüsü” adına layiq görülüb. “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş forum “Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində keçirilib və ölkəmizdə fəaliyyət göstərən 3500 mindən çox könüllünü bir araya toplayıb.

“Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) yaradılmasının 5 illiyi münasibətilə keçirilən “Birlikdə 5 il” Könüllülər Festivalında isə "BDU könüllüləri" təşkilatının könüllülərlə iş üzrə meneceri Röyal Yusifli, Sosial elmlər və psixologiya fakültəsi üzrə sədri Fidan Cəlilova və Tarix fakültəsi üzrə sədri Vüsal Qaflanov 2025-ci il üzrə “Fəal könüllülər” nominasiyası üzrə diplomla təltif olunublar.

Könüllülərimizi təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026