“BDU könüllüləri” təşkilatının Hüquq fakültəsinin tələbələri üçün silsilə təlim proqramı davam edir

06/08/2025

“BDU könüllüləri” təşkilatının və Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının birgə təşkilatçılığı ilə ötən ilin mart ayından başlanılan silsilə təlim proqramı davam edir.

Proqram çərçivəsində "Akademik yazı və etika kursu” adlı növbəti təlim keçirilib. Təlim Türkiyənin Ankara Hacı Bayram Vəli Universitetinin doktorantı, BDU-nun Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müəllimi Röyal Məhərrəmov tərəfindən keçirilib.

Təlimdə elmi araşdırmalarda istifadə olunan metodoloji yanaşmalar, akademik yazının strukturu, tədqiqat etikasının əsas prinsipləri və müxtəlif tədqiqat növləri - kəmiyyət və keyfiyyət metodlarının tətbiq sahələri izah olunub.

Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, bir ildən çoxdur davam edən təlimlərin ümumi saatı 150-ə çatıb. Təlimlər həm onlayn, həm də əyani formatda təşkil olunur. Bu günə qədər 3500-dən artıq tələbə bu proqramda iştirak edib. Təlimlər müxtəlif sahələr üzrə ixtisaslaşmış hüquqşünaslar, BDU-nun müəllimləri, hakimlər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, mediatorlar, notariuslar, həmçinin dövlət orqanları və kommersiya təşkilatlarının hüquqşünasları tərəfindən keçirilir.

 

Xəbərlər

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb
24/09/2026

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026