“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

16/04/2024

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun təşkilatçılığı ilə “Retro” konsert proqramı təşkil olunub.

Proqramda könüllülərin ifasında “İntizar”, “We Will Rock You”, “Bayatılar”, “Ölsəm bağışla” kimi musiqi nömrələri səsləndirilib.

Konsertdə həmçinin Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) üzvü olan 10-a yaxın könüllü təşkilatının (“KOB könüllüləri”, “MEDİA könüllüləri”, “Könüllü gömrükçü”, “Miqrasiya könüllüsü”, “Bir könüllü”, “Fövqəladə hallar könüllüləri”, “Könüllü DOST”, “Aqrar İnkişaf Könüllüləri” və “Ekokönüllü”) üzvləri də iştirak ediblər.

Qeyd edək ki, 2019-cu ildən fəaliyyət göstərən "BDU könüllüləri” təşkilatı hazırda öz ətrafında 1000-ə yaxın tələbəni birləşdirir.

Xəbərlər

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026