“BDU könüllüləri” təşkilatının “Qış nağılı” konsert proqramı

29/12/2025

Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının “KönüllüBand” musiqi klubunun təşkilatçılığı ilə “Qış nağılı” konsert proqramı təşkil olunub.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Universitetin ictimai-sosial həyatının əsas iştirakçısına çevrilən BDU könüllülərinin il ərzindəki uğurlu fəaliyyətindən söz açıb. Bildirib ki, könüllülər istər Universitetin daxilində, istərsə də ölkədaxili və beynəlxalq tədbirlərdə BDU-nu layiqli şəkildə təmsil ediblər: “Əziz gənclər, 2026-cı ildə də təhsil həyatınızda və sosial fəaliyyətinizdə bol uğurlar arzulayırıq!”.

Proqramda könüllülərin ifasında “Qaçma, gözəl”, “Sənlə olmaz ki”, “Gəl gedək”, “Ölsəm, bağışla”,  “Tar-kamanım”,  “Sahil boyu”, “Ovuç içi qədər xoşbəxtlik yetər” kimi sevilən musiqi nömrələri səsləndirilib.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”
02/09/2026

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçısıdır

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçısıdır
02/09/2026

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi
01/09/2026