BDU Könüllüləri təmizlik aksiyasında iştirak edib

14/08/2023

Bakı Dövlət Universitetinin (BDU) könüllüləri 12 avqust “Xəzər günü”  münasibətilə keçirilən ənənəvi sahilyanı təmizlik aksiyasında iştirak ediblər.

Aksiyaya IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı və “Təmiz Şəhər” ASC-nin 100-dən çox gənc könüllüsünün iştirakı ilə Bilgəh çimərliyi ərazisi təmizlənib.

“Xəzər günü”nün qeyd edilməsində əsas məqsəd Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi və bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir.

 

Xəbərlər

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026