“BDU könüllüləri” və Psixoloji yardım sektoru “Kitabın sirri” adlı görüş keçirib

11/12/2024

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektorunun nəzdində fəaliyyət göstərən “Oxu klubu” və “BDU könüllüləri” təşkilatının “PennaDoro” klubunun birgə təşkilatçılığı ilə “Kitabın sirri” adlı növbəti görüş keçirilib.

Görüşdə iştirakçılar tanınmış rus yazıçısı Anton Çexovun məşhur əsərlərindən olan “6 nömrəli palata” kitabını təhlil ediblər. “6 nömrəli palata” əsəri ictimai-fəlsəfi problemləri işıqlandırır. Əsər vasitəsilə yazıçı bədii imkanlardan ustalıqla istifadə edərək, insan şəxsiyyətinə qarşı zorakılıq, hörmətsizlik, haqsızlıq , cəmiyyətdə fərdin haqq-ədalət uğrunda mübarizəsi kimi mühüm məqamları əks etdirib. Görüşdə psixoloji böhranlar və insanın qarşılaşdığı çətin vəziyyətlər müxtəlif aspektlərdən qiymətləndirilib, əsərin psixoloji tərəfləri müzakirə edilib. Yazıçının bu əsərinin insanları bir-biri ilə ünsiyyətə, sosiallaşmağa səsləməsi diqqətə çatdırılıb.

Psixoloji yardım sektorunun psixoloqu İlkanə Mənsumova daha sağlam fərdlər kimi yetişməyin cəmiyyətin inkişafına olan mühüm təsirini vurğulayıb və tələbələri psixoloji mövzular haqqında maarifləndirib.

Xəbərlər

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
26/10/2026