“BDU könüllüləri” və Psixoloji yardım sektorunun birgə tədbiri: “Kitabın sirri”

31/10/2024

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektorunun nəzdində fəaliyyət göstərən “Oxu klubu” və “BDU könüllüləri” təşkilatının “PennaDoro” klubunun təşkilatçılığı ilə “Kitabın sirri” adlı görüş keçirilib.

Görüşdə məşhur Avstriya yazıçısı Stefan Sveyqin “Bir qadının həyatından 24 saat” əsəri təhlil edilib. İnsan hisslərinin, qadın azadlığı və hüquqlarının qorunmasının ədəbiyyatda işıqlandırılmasından bəhs olunub.

Psixoloji yardım sektorunun psixoloqu İlkanə Mənsumova zorakı davranışların yaranma səbəbləri, nəticələri, aradan qaldırılması yolları barədə tələbələrə məlumat verib. Qeyd edib ki, belə görüşlərin məqsədi gənclər arasında qadın hüquqlarının qorunması və psixoloji dəstəyin əhəmiyyəti haqqında daha geniş maarifləndirmə həyata keçirməkdir.

Görüş mövzu ilə bağlı müzakirələrlə davam edib.

Xəbərlər

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək
08/10/2026