“BDU könüllüləri”nin “MediaPulse” təcrübə proqramının növbəti görüşü

20/04/2026

“BDU könüllüləri” təşkilatının Jurnalistika fakültəsi üzrə üzvlərinin təşəbbüsü ilə “MediaPulse” təcrübə proqramının növbəti qonağı “CBC Sport” telekanalının aparıcısı, jurnalist Arifə Lətifova olub.

Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev ölkəmizdə peşəkar jurnalist kadrların hazırlığını həyata keçirən fakültədə tələbələrin hərtərəfli inkişafı üçün keçirilən belə görüşlərin xüsusi əhəmiyyəti olduğunu bildirib. Qeyd edib ki, praktikanın əsas tələb olduğu jurnalistikada tələbələrin nəzəri biliklərinin real təcrübələr əsasında formalaşması yüksəkixtisaslı kadr hazırlığına töhfə verir.

“BDU könüllüləri” təşkilatının Jurnalistika fakültəsi üzrə sədri Taleh Vahidov layihə çərçivəsində nəzərdə tutulan fəaliyyətlər barəsundə məlumat verib, tələbələri prosesdə aktiv iştiraka çağırıb.

Daha sonra Arifə Lətifova tələbələrlə televiziya jurnalistikası sahəsindəki təcrübəsini bölüşüb. O, xüsusilə canlı yayımların dinamikası, efir zamanı operativ qərarvermə bacarıqlarının önəmi və gözlənilməz situasiyalara peşəkar yanaşmanın vacibliyini vurğulayıb. İdman mediasının spesifik xüsusiyyətlərindən danışaraq, bu sahədə işləyən jurnalistlərin həm analitik düşüncə qabiliyyətinə, həm də yüksək tempdə işləmək bacarığına malik olmalı olduqlarını qeyd edib. Qonaq televiziya jurnalistikasında uğur qazanmaq üçün düzgün nitq, kamera qarşısında özünü sərbəst aparmaq, informasiyanı dəqiq və qısa formada təqdim etmək kimi peşə vərdişlərinin əhəmiyyətini də diqqətə çatdırıb. Bundan əlavə, o, şəxsi təcrübəsindən nümunələr gətirərək tələbələrə gələcək karyeralarında qarşılaşa biləcəkləri çətinliklər və onlardan çıxış yolları barədə tövsiyələr verib: “Daim öz üzərinizdə çalışın, təcrübənizi artırın, onda hər şey daha yaxşı alınacaq”.

Sonra tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Xəbərlər

Qürur və ehtiram günü

Qürur və ehtiram günü
27/09/2026

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da Anım Günü qeyd olunub

BDU-da Anım Günü qeyd olunub
25/09/2026