BDU könüllülərinin qərargahının açılışı

05/12/2022

Bakı Dövlət Universitetində 5 Dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə BDU könüllülərinin qərargahının açılışı olub.  
Açılış mərasimində çıxış edən rektor Elçin Babayev BDU könüllülərinin son illər Universitetin ictimai həyatında böyük rol oynadıqlarını qeyd edib. Ölkəmizdə könüllülülk hərəkatının geniş vüsət aldığını bildirən rektor BDU könüllülərinin bu prosesdə fəal iştirak etdiklərini vurğulayıb.
Rektor BDU-nun struktur bölmələrində və fakültələrində çalışan könüllü tələbələrin fəaliyyətini yüksək qiymətləndirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, gəncləri yeni təşəbbüslər irəli sürməyə çağırıb. Qeyd edib ki, BDU könüllülərinin bir hissəsi Universitetin inzibati şöbələrinə təhkim olunub və təcrübə əldə ediblər. Onlardan bəziləri artıq Universitetdə işlə təmin olunub. Bu, digər könüllülər üçün də stimuldur.
Qeyd edək ki, "BDU könüllüləri" qrupu 2020-ci ildə yaradılıb. Hazırda qrupun 1000-dən artıq üzvü var.

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026