“BDU Könüllüləri”nin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

21/01/2022

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsi üzrə “BDU Könüllüləri”nin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Ekologiya və torpaqşünaslıq fakültəsinin dekan müavini Fətəli Hüseynov, professor Sevda Süleymanova, “BDU könüllüləri”nin Ekologiya və torpaqşünaslıq fakültəsi üzrə sədri Leyla İmaməliyeva çıxış ediblər.

Tədbirdə çıxış edənlər 20 Yanvar - Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, azadlıq istəyinin oyanış günü barəsində, baş verən hadisələr haqqında məlumat veriblər.  Şəhidlərimizin əziz xatirəsi yad edilib, tələbələr 20 Yanvar gününə həsr olunmuş şeirlər səsləndiriblər.

Sonda 20 Yanvar haqqında videoçarx nümayiş olunub.

Xəbərlər

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub
04/07/2025

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb
04/07/2025

BDU-da “Code8 Hackathon” keçirilib

BDU-da “Code8 Hackathon” keçirilib
03/07/2025