“BDU könülləri”nin sədri “Könlüm Şuşada 2023” adlı tədbirdə iştirak edib

31/01/2023

Şuşa şəhərində “Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr edilmiş “Könlüm Şuşada 2023” adlı tədbir keçirilib. Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun birgə təşəbbüsü ilə həyata keçirilən “GənclərHəftəsi” çərçivəsində baş tutan tədbirdə ilk olaraq Laçın-Xankəndi yolunda keçirilən dinc ekoloji aksiyanın iştirakçısı olan gənclər Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edilib.
Azərbaycan gəncləri birlik nümayiş etdirərək, əzm və qətiyyətlə sözügedən aksiyanı artıq 51 gündür davam etdirirlər. Laçın-Xankəndi yolunun Şuşadan keçən hissəsində toplaşan gənclərin tələbi Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı və ekoloji cinayətlərin dərhal dayandırılmasıdır.

Daha sonra Azərbaycan könüllüləri və könüllü təşkilatları rəhbərlərinin iştirakı ilə “Könlüm Şuşada 2023” adlı tədbirin açılış mərasimi olub. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “BDU könülləri”  təşkilatının sədri Nərmin Heydərova da tədbirdə iştirak edib. Tədbirdə Azərbaycan könüllülərinin aktiv iştirakı ilə baş tutan dinc aksiya yüksək qiymətləndirilib, bunun gələcək nəsillər üçün örnək və vətənpərvərlik nümunəsi olduğu vurğulanıb. Tədbirdə iştirak edən gənclər də öz növbəsində fəaliyyət göstərdikləri təşkilatlarda ötən dövr ərzində görülən işlər, həyata keçirilən layihələr, əldə etdikləri təcrübələr barədə danışıblar.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026