BDU kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
02/09/2024
Bakı Dövlət Universitetinin (BDU) kollektivi Universitetin 105 illik yubileyi ilə əlaqədar Fəxri xiyabanda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib. Ulu Öndərin məzarı önünə əklil qoyulub, gül dəstələri düzülüb, xatirəsi hörmət və ehtiramla yad edilib.
Daha sonra Şəhidlər xiyabanı ziyarət edilib. BDU kollektivi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə qərənfillər düzüblər.
BDU kollektivi həmçinin Universitetdə Ulu Öndər Heydər Əliyevin büstünü və 2 saylı tədris binasının qarşısında şəhidlərin xatirəsinə həsr olunmuş abidəni də ziyarət edib.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)




Xəbərlər
BDU-da bakalavriat səviyyəsi üzrə məzunların elektron diplomlarının “mygov” platformasına inteqrasiya prosesi tam başa çatıb
BDU-da bakalavriat səviyyəsi üzrə məzunların elektron diplomlarının “mygov” platformasına inteqrasiya prosesi tam başa çatıb
BDU-nun Filologiya fakültəsində 7 ixtisas üzrə kadrlar hazırlanır
BDU-nun Filologiya fakültəsində 7 ixtisas üzrə kadrlar hazırlanır
BDU-nun Fizika fakültəsində 3 ixtisas üzrə tələbə qəbulu aparılır
BDU-nun Fizika fakültəsində 3 ixtisas üzrə tələbə qəbulu aparılır
