BDU kollektivi şəhid məzununun ailəsini ziyarət edib

08/02/2021

Bakı Dövlət Universitetinin (BDU) əməkdaş və tələbələri Sosial elmlər və psixologiya fakültəsinin Vətən müharibəsində şəhid olmuş məzunu Cavid Manafovun ailəsini ziyarət ediblər.

Əzəzli torpaqlarımımzın azad olunması uğrunda apardığımız 44 günlük Vətən müharibəsində BDU-nun 17 məzun və tələbəsi Vətən uğrunda şəhidlik zirvəsinə ucalmışdır. BDU kollektivi şəhid və qazi tələbə və məzunlarının xatirəsini daim əziz tutur, şəhid ailələri və qazilərlə vaxtaşırı görüşlər keçirir.

BDU-nun əməkdaşları Vətən müharibəsində rəşadət göstərərək şəhidlik zirvəsinə ucalan BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin 2020-ci il məzunu Cavid Manafovun doğum günü ərəfəsində ailəsini ziyarət edib. Ziyarətdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Sosial elmlər və psixologiya fakültəsinin dekan müavini İranə Məmmədli, Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədrləri və üzvləri iştirak ediblər. Tələbələr şəhid Cavid Manafovun Vətən torpağı uğrunda qəhrəmancasına vuruşub igidlik və mərdlik nümunəsi göstərərək ən uca zirvə olan - şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını bildiriblər. Təhsil aldığı müddətdə nümunəvi tələbə kimi seçilən Cavid Manafovun həm müəllim heyətinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşayacağı, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacağı qeyd olunub.

Şəhid Cavid Manafovun anası Natəvan Manafova bütün şəhid anaları adından göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə minnətdarlığını ifadə edib və məhz ölkə başçısının apardığı uğurlu siyasətin, ordu quruculuğunun və islahatların nəticəsində torpaqlarımızın düşmən tapdağından azad olduğunu bildirib. Bu savaşda Vətən torpağı uğrunda rəşadətlə döyüşərək şəhid olan əsgər anası kimi fəxr etdiyini deyib.


 

Xəbərlər

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub
04/07/2025

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb
04/07/2025

BDU-da “Code8 Hackathon” keçirilib

BDU-da “Code8 Hackathon” keçirilib
03/07/2025