BDU kollektivinin Prezident İlham Əliyevə müraciəti
Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İLHAM HEYDƏR OĞLU ƏLİYEVƏ
Möhtərəm Prezident!
Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan xalqının milli sərvəti” adlandırdığı Bakı Dövlət Universitetinin böyük kollektivi yaş həddinin ali təhsil müəssisələrinə şamil edilməməsilə ilə bağlı qəbul etdiyiniz müdrik qərarı böyük sevinclə qarşılamışdır.
Elm və təhsilə göstərdiyiniz tükənməz qayğının daha bir təzahürü olan bu qərarınız Azərbaycan elminin və təhsilinin inkişafına Sizin növbəti töhfənizdir. Biz bu müdrik qərarı Sizin Elm Fondunun yaranması ilə bağlı qəbul etdiyiniz və Azərbaycan elminin sistemli inkişafına yeni təkan vermiş sərəncamınızla eyni səviyyədə yüksək hesab edirik. Çünki həmin qərarla Siz Azərbaycan elminin təşəkkülü və yeni impulslarla inkişafı üçün Elm Fondunun yaranmasını vacib amil hesab etdiyiniz kimi, bu qərarla da Azərbaycan elm və təhsil fondunun qorunub saxlanmasına zəmanət yaratmısınız. 80-ci illərin sonu 90-cı illərin əvvəllərində mövcud olan tarixi şəraitlə bağlı Azərbaycanda elm estafetinin qırılması təhlükəsinin yaranması, Azərbaycan alimlərinin kütləvi şəkildə ölkədən getməsi, yeni nəslin elmlə məşğul olmaq maraqlarının və bu sahəni inkişaf etdirmək üçün stimulun azalması və digər səbəblər bu gün alimlərimizin yaş həddinin bir qədər yuxarı olması ilə nəticələnmişdir.
Siz çox müdrikcəsinə qeyd etmişsiniz ki, alimlərimiz Azərbaycanın inkişafına müxtəlif dövrlərdə dəyərli töhfələrini vermişlər. Azərbaycan müstəqilliyə qovuşanda isə müxtəlif fikirlər var idi. Hətta, 1992-ci ildə akademiyanın ləğvi barədə, bağlanması haqqında təkliflər irəli sürülmüşdür. Əgər 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtmasaydı, yəqin ki, akademiyanın taleyi çox acınacaqlı ola bilərdi. Məhz Heydər Əliyevin Azərbaycan elminə bütün dövrlərdə göstərdiyi diqqət və qayğı nəticəsində elmin inkişafı sürətlə aparılırdı. Müstəqil yaşamağa başlayanda əlbəttə ki, ölkədə mövcud olan ciddi iqtisadi və sosial məsələlər gündəliyin birinci sıralarında idi. Ancaq bununla bərabər, ulu öndər Heydər Əliyev Azərbaycanın gələcəyini düşünərək və uzaqgörənliklə, müdrikliklə bütün dövrlərdə, o cümlədən müstəqillik dövründə elmin inkişafına çox böyük diqqət göstərmişdir.
Sizin göstərdiyiniz qayğı yalnız Azərbaycan təhsilinə deyil, bütövlükdə elmimizə, xüsusən, Azərbaycan ziyalılığına ünvanlanmışdır. Gənclərin böyük dostu, onların himayədarı hesab edilsəniz də, bu addımınız bir daha göstərdi ki, Siz bütün Azərbaycan xalqının, hər bir vətəndaşın prezidentisiniz.
Biz universitetdə də, parlamentdə də, digər yerlərdə də söhbətlər zamanı Milli Məclisdə müzakirə edilən yaş həddi məsələsinin Sizin tərəfindən qəbul edilməyəcəyini proqnozlaşdırırdıq. Biz bilirdik ki, Ümummilli lider Heydər Əliyevin elmə və təhsilə qayğı ənənələrini şərəflə davam etdirən möhtərəm Prezidentimiz müdrikcəsinə qərar qəbul edəcək, elmimizin, təhsilimizin çətin vəziyyətə düşməsinin qarşısını alacaqdır.
Bu müdrikliyinə, xeyirxahlığına, uzaqgörənliyinə, ziyalılığa verdiyi dəyərə görə bir daha Sizə təşəkkür bildirir, Azərbaycan ziyalılarının səmimi minnətdarlığını çatdırırıq.
Sizi əmin edirik ki, ulu öndər Heydər Əliyevin hərtərəfli qayğısı və bilavasitə himayəsi ilə böyük inkişaf yolu keçmiş və Sizin qayğınızla dünyanın qabaqcıl təhsil ocaqları sırasında irəliləyən Bakı Dövlət Universitetinin çoxminli kollektivi hər zaman olduğu kimi var gücü ilə fəaliyyət göstərəcək, elmin və təhsilin səviyyəsinin yüksəldilməsi üçün əlindən gələn hər şeyi edəcək, dövlətin və dövlətçiliyin bir nömrəli sosial dayagı olacaqdır.
Möhtərəm Prezident!
Sizin rəhbərliyinizlə elmi cəhətdən əsaslandırılmış və böyük uğurla həyata keçirilən müasir idarəetmənin Azərbaycan modelinin Respublikamıza gətirdiyi iqtisadi potensialın intellekt kapitalına çevrilməsi istiqamətində gördüyünüz əməli tədbirlər silsiləsində bu qərar xüsusi əhəmiyyət kəsb edir. Gördüyünüz nəcib işlərin nəticəsində Sizə xalqın böyük məhəbbət və rəğbətini hər gün hiss edən Bakı Dövlət Universiteti kollektivi müstəqil Azərbaycanın xoşbəxt gələcəyi naminə ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun həyata keçirilməsində gördüyünüz titanik işlərdə Sizə yeni uğurlar arzulayırıq.
Böyük hörmətlə,
BDU-nun kollektivi adından
Akademik Məhərrəmov Abel Məmmədəli oğlu
Akademik Əsgərov Bəhram Mehralı oğlu
Akademik Məmmədəliyev Vasim Məmmədəli oğlu
Akademik Allahverdiyev Cəlal Eyvaz oğlu
Akademik Əliyev Fikrət Əhmədalı oğlu
AMEA-nın müxbir üzvü Mehdiyev Məhəmməd Fərman oğlu
AMEA-nın müxbir üzvü Əliyeva Rəfiqə Əlirza qızı
AMEA-nın müxbir üzvü Babazadə Vasif Məmmədağa oğlu
AMEA-nın müxbir üzvü Hacıyev Tofiq İsmayıl oğlu
AMEA-nın müxbir üzvü Nəbiyev Azad Mövlud oğlu
AMEA-nın müxbir üzvü Hacıyev Sabir Abdulmanaf oğlu
AMEA-nın müxbir üzvü Məlikova Məsumə Fazil qızı
AMEA-nın müxbir üzvü Hüseynov Rəhim Əyyub oğlu
AMEA-nın müxbir üzvü Muxtarov Abdulla İbrahim oğlu
AMEA-nın müxbir üzvü Cəfərov Nizami Qulu oğlu
AMEA-nın müxbir üzvü Mahmudov Yaqub Mikayıl oğlu
AMEA-nın müxbir üzvü Hacıyev Asəf Hacı oğlu
AMEA-nın müxbir üzvü Əliyev Bəxtiyar Həmzə oğlu
AMEA-nın müxbir üzvü Tahirov Vladimir İsmayıl oğlu
Professor Bayramov Musa Rza oğlu
Professor Quliyev Akif Ələkbər oğlu
Professor Qasımov Nemət Abbas oğlu
Professor Müseyibov Müseyib Ağababa oğlu
Professor Göyçayski Şövqisəfa Yusifziya oğlu
Professor Xələfov Abuzər Alı oğlu
Professor İmanov Həmid Rza oğlu
Professor Vəliyev Tofıq Talış oğlu
Professor Mustafayev Qara Teyfur oğlu
Professor Mütəllimov Təhsin Mustafa oğlu
Professor Bayramov Əkbər Salman oğlu
Professor Seyidov Yusif Mirəhməd oğlu
Professor Xəlilov Pənah İmran oğlu
Professor Xudaverdiyev Karlen İskəndər oğlu
Professor Namazov Qara Mustafa oğlu
Professor Nəcəfov İsmət Məhəmməd oğlu
Professor Təhmasib Cəmilə Abbasqulu qızı
Professor Əliyeva İfrat Səlim qızı
Professor İbrahimov Ağavəli Şavəli oğlu
Professor Əkbərov Oqtay Hümmət oğlu
Professor Abdullayev Sadiq Kərim oğlu
Professor İsmayılzadə Qüdrət Seyfullah oğlu
Professor Quliyeva Lalə Hüseyn qızı
Professor Quluzadə Cəfər Müseyib oğlu
Professor Məhərrəmov Məhərrəm Nəcəf oğlu
Professor Nağıyev Cəlil Qərib oğlu
Professor Nəsirova Tamila Hilal qızı
Professor Rəcəbli Əbülfəz Əjdər oğlu
Professor Rəhimov Mirzə Şıxəli oğlu
Professor Salmanov Vaqif Müseyib oğlu
Professor Süleymanov Nadir Məhəmməd oğlu
Professor Sarıcalinskaya Kəmalə Qiyas qızı
Professor Səməndərov Firudin Yusif oğlu
Mətbuat və İnformasiya Şöbəsi, 10 iyun 2011-ci il.