BDU komandası “50-ci ICPC – Universitetlərarası Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinalına vəsiqə qazanıb

21/11/2025

Bakı Dövlət Universitetinin (BDU) komandası “50-ci ICPC – Universitetlərarası Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin Azərbaycan üzrə regional mərhələsinin qalibi olub. Müsabiqə ICPC Azərbaycan İcması, Azərbaycan Texniki Universiteti və ADA Universitetinin təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə keçirilib.

BDU komandası 50-ci Universitetlərarası Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin Şimali Avrasiya üzrə final mərhələsinə (dünya üzrə yarımfinal) və Cənubi Qafqaz Açıq Çempionatında (komanda və fərdi nominasiyalar üzrə) iştirak etmək hüququ əldə edib.

Azərbaycan Texniki Universitetində təşkil olunan müsabiqədə Azərbaycanın 20 ali təhsil müəssisəsindən 52 komanda (hər biri üç tələbə və bir komanda rəhbərindən ibarət olmaqla), həmçinin müsabiqədənkənar 3 məktəbli komandası iştirak edib. Komandalara 5 saat ərzində 12 alqoritmik məsələni C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək və bu həlləri avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmək tapşırığı verilib. Müsabiqənin nəticələrinə əsasən, BDU komandası üçüncülüklə qalib olub. Komandamız 15–17 dekabr 2025-ci il tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçiriləcək “50-ci ICPC – Universitetlərarası Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsində və Cənubi Qafqaz Açıq Çempionatında (komanda və fərdi nominasiyalar üzrə) ölkəmizi təmsil edəcək 21 komandadan biri olub.

Xəbərlər

BDU “Geoekologiya” ixtisaslaşması üzrə mütəxəssislər hazırlayacaq

BDU “Geoekologiya” ixtisaslaşması üzrə mütəxəssislər hazırlayacaq
02/07/2026

BDU biotibbi materiallar üzrə kadr hazırlığına başlayır

BDU biotibbi materiallar üzrə kadr hazırlığına başlayır
02/07/2026

BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi

BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi
02/07/2026