BDU komandası “Breyn-Rinq”in mart ayı üzrə qalibi olub

01/04/2025

İctimai televiziyanın efirində yayımlanan "Breyn-Rinq" televiziya layihəsinin 25-ci mövsümü start götürüb. Bakı Dövlət Universitetini (BDU) təmsil edən komanda bu mövsümün mart ayı üzrə qalibi olub.

Martın 23-ü baş tutan ilk oyunda BDU komandası Qarabağ Universitetinin “Xankəndi” komandasını 7-0 hesabı ilə məğlub edərək mart ayının finalına vəsiqə qazanan komandalardan biri olub. Martın 30-u baş tutan ikinci oyunda isə komandamız Azərbaycan Turizm və Menecment Universitetini 6-0 hesabı ilə məğlub edərək mart ayının finalına çıxıb. Final mərhələsində BDU komandası “Bridge” komandasını hər 2 oyunda (6-2 və 5-0 hesabı ilə) məğlub edərək, 25-ci mövsümün mart ayı üztə çempionu olub.

Qeyd edək ki, "Breyn Rinq" intellektual oyununun 4 ay davam edəcək mübarizəsində ölkənin 13 bölgəsini və 8 universitetini təmsil edən komandalar mübarizə aparacaq.

 

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026