BDU komandası Çində "Belt and Road” Beynəlxalq universitetlərarası startap yarışmasında iştirak edir

31/10/2024

26 oktyabr – 3 noyabr 2024-cü il tarixlərində Çin Xalq Respublikasının Xian şəhərində "Belt and Road” Beynəlxalq universitetlərarası startap yarışması keçirilir.

Yarışma Çinin Xian Jiaotong Universiteti (XJTU) və İpək Yolu Universitet İttifaqı (University Alliance of the Silk Road - UASR) tərəfindən təşkil olunub. Tədbirdə Yaponiya, İngiltərə, Türkiyə, Rusiya, Yeni Zelandiya, Qazaxıstan, Özbəkistan və s. ölkələrdən 14 komanda və Çin Xalq Respublikasından 22 komanda “Yaşıl texnologiyalar”, “Elmi innovasiya”, “Rəqəmsal texnologiyalar” və “Səhiyyə texnologiyaları” kateqoriyaları üzrə yarışır.

"Belt and Road” Beynəlxalq universitetlərarası startap yarışmasında Azərbaycanı təmsil edən yeganə komanda Bakı Dövlət Universitetinin (BDU) “DAIGNOSIS” komandasıdır. BDU komandası yarışmada tibbdə süni intellektin tətbiqinə dair layihə ilə çıxış edir. Layihə həkim və xəstələri onlayn platformada bir araya gətirən mobil tətbiqdir. Mobil tətbiq daxilində ilkin simptomlara əsasən süni intellekt tərəfindən xəstələrə ilkin diaqnozun qoyulması, xəstəliyə ən uyğun həkimlərin seçilməsi, onlayn ilkin konsultasiyanın təşkili nəzərdə tutulub.

Xəbərlər

BDU-nun tələbə və məzunları üçün “Gələcəyin müəllimləri” təqaüd proqramı ilə bağlı infosessiya

BDU-nun tələbə və məzunları üçün “Gələcəyin müəllimləri” təqaüd proqramı ilə bağlı infosessiya
26/12/2025

Çinin Fudan Universitetinin nümayəndə heyəti BDU-da

Çinin Fudan Universitetinin nümayəndə heyəti BDU-da
26/12/2025

BDU Özbəkistanın Daşkənd Angren Universiteti ilə əməkdaşlıq edəcək

BDU Özbəkistanın Daşkənd Angren Universiteti ilə əməkdaşlıq edəcək
26/12/2025