BDU komandası “Sumqayıt Cup” respublika üzrə proqramlaşdırma müsabiqəsinin qalibi olub

03/03/2026

Bakı Dövlət Universitetinin (BDU) “BDU 1” komandası “Sumqayıt Cup” respublika üzrə proqramlaşdırma müsabiqəsində III yeri tutub. Komandanın rəhbəri BDU rektorunun katibliyinin mütəxəssisi İsmayıl Zeynalov, üzvləri Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin II kurs tələbələri Mehdi Məmmədov,  Elşən Məhərrəmov və I kurs tələbəsi Kamil Hüseynovdur.

Müsabiqə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Təhsil İnstitutu, Sumqayıt İnnovasiya Mərkəzi, Sumqayıt Dövlət Universiteti və Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Azərbaycan icmasının birgə təşkilatçılığı ilə Sumqayıt şəhərində keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd iştirakçılar arasında proqramlaşdırma və alqoritmik düşüncə bacarıqlarını inkişaf etdirmək, sağlam rəqabət mühiti yaratmaq və innovasiya yönümlü istedadları üzə çıxarmaq olub. Müsabiqə İKT sahəsinə olan marağı artırmaqla yanaşı, təhsil müəssisələri və müvafiq qurumlar arasında əməkdaşlıq imkanlarının genişlənməsinə də töhfə verib.

Xəbərlər

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”
10/09/2026

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026