BDU komandasının minifutbol üzrə “Zəfər” Liqasında böyük uğuru

23/12/2025

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Azərbaycan Gənclər Fondunun birgə dəstəyi ilə UEFA-nın “HatTrick” proqramı çərçivəsində könüllü, tələbə və gənclər təşkilatları arasında keçirilən minifutbol üzrə “Zəfər” Liqasına yekun vurulub.

Ümumilikdə 24 komandanın mübarizə apardığı turnirdə BDU könüllüləri gümüş medal əldə ediblər.

Final görüşünün ardından turnir üzrə fərdi nominasiyaların qalibləri də müəyyənləşdirilib. FHN könüllüləri komandasının üzvü Əli İbrahimov “Ən yaxşı qapıçı”, BDU könüllüləri komandasının üzvü Mügdət İbrahimli “Ən yaxşı oyunçu”, AFFA könüllüləri komandasının üzvü Cəfər Cəfərli isə “Ən məhsuldar oyunçu” nominasiyaları üzrə mükafatlandırılıb.

Sonda qalib komandaya kubok təqdim olunub. Kubok və müvafiq nominasiyalar üzrə mükafatlar AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və Azərbaycan Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov tərəfindən təqdim edilib.

Xəbərlər

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib
19/07/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026