BDU kriptologiya üzrə kadr hazırlığına başlayır

30/06/2026

2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsində “Kriptologiya” ixtisaslaşması üzrə mütəxəssis hazırlığı həyata keçiriləcək.

Bu ixtisas çərçivəsində magistrantlara informasiyanın təhlükəsizliyinin təmin edilməsi, məlumatların şifrələnməsi, qorunması və kriptoqrafik sistemlərin təhlili, məxfilik, autentifikasiya, bütövlük və təhlükəsiz rabitə üsulları öyrədiləcək. Kriptoqrafiyanın nəzəri əsasları, müasir şifrələmə alqoritmləri, açıq açarlı və simmetrik kriptosistemlər, rəqəmsal imza texnologiyaları, kriptoanaliz üsulları, təhlükəsiz rabitə protokolları və blokçeyn texnologiyaları izah olunacaq. Tədris prosesində kriptologiyanın iki əsas istiqaməti üzrə: kriptoqrafiya – məlumatın şifrələnməsi və qorunması üsullarının hazırlanması və kriptoanaliz – şifrələmə sistemlərinin təhlili və zəifliklərinin araşdırılması istiqamətində dərslər nəzərdə tutulub.

Müasir dövrdə kriptologiya kibertəhlükəsizlik, elektron hökumət, bank sistemləri, hərbi rabitə, bulud texnologiyaları və kriptovalyutalar üçün strateji əhəmiyyət daşıyan ixtisaslaşma sahəsidir və təhlükəsizlik sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını nəzərdə tutur. Bu ixtisaslaşma riyaziyyat, kompüter elmləri və kibertəhlükəsizlik sahələrinin inteqrasiyasına əsaslanır.

Tədris müddətində ədədlər nəzəriyyəsi, abstrakt cəbr, diskret riyaziyyat və hesablama mürəkkəbliyi nəzəriyyəsi kimi fundamental elmi sahələrə xüsusi diqqət yetiriləcək.

Bu ixtisaslaşmanı bitirən məzunlar kriptoqrafik sistemlərin layihələndirilməsi, informasiya təhlükəsizliyi həllərinin hazırlanması, təhlükəsizlik auditinin aparılması, rəqəmsal imza və elektron identifikasiya sistemlərinin tətbiqi, eləcə də kibertəhlükəsizlik və blokçeyn layihələrinin inkişafı sahələrində peşəkar fəaliyyət göstərə bilərlər.

Kriptologiya ixtisaslaşmasının əsas məqsədi müasir informasiya sistemlərinin təhlükəsizliyini təmin edə bilən, elmi-tədqiqat və tətbiqi fəaliyyət bacarıqlarına malik rəqabətqabiliyyətli mütəxəssislər hazırlamaqdır.

Xəbərlər

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub
17/09/2026

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub
17/09/2026

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026