BDU İLƏ RENMİN UNİVERSİTETİ ARASINDA MEMORANDUM İMZALANIB

23/09/2011

Çinin Renmin Universitetinin rektoru, professor Ji Buxengin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Nümayəndə heyətini BDU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru dosent Şəlalə Məmmədova qəbul edib. Görüşdə BDU-nun Konfutsi Mərkəzinin direktoru, Şərqşünasləq fakültəsinin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri Oktay Cəlilbəyli də iştirak edib. Ş. Məmmədova Azərbaycan ali təhsilinin flaqmanı olan Bakı Dövlət Universitetin formalaşması və inkişafı haqqında qonaqlara məlumat verib. Öz növbəsində Ji Buxeng Renmin Universiteti barədə danışıb. Məlum olub ki, adıçəkilən universitetdə azərbaycanlı tələbələr də daxil olmaqla 1600 əcnəbi tələbə təhsil alır. Qonaq Renmin Universitetinin BDU ilə tələbə-müəllim mübadiləsi etməkdə, birgə tədqiqat layihələrinin reallaşmasında maraqlı olduğunu vurğulayıb. Görüşün nəticəsi olaraq tərəflər arasında Niyyət Memorandumu imzalanıb. Çinli qonaqlar BDU-nun elmi-tədqiqat laboratoriyaları ilə tanış olub, Konfutsi Mərkəzində çin dili və ədəbiyyatını öyrənən tələbələrlə söhbət ediblər. Qonaqlar tələbələrin çin dilinin mənimsəmə səviyyəsindən razı qalıblar.

BDU-nun Mətbuat və informasiya şöbəsi, 23 sentyabr 2011-ci il.


Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026