BDU ölkəmizdə milli elmi kadr potensialının formalaşdırılması missiyasını uğurla davam etdirir

24/10/2024

Dayanıqlı inkişafı, gənclərin elmi fəaliyyətə cəlb olunmasını, yeni elmi məktəblərin yaradılması və genişləndirilməsini özünün əsas məqsədlərindən biri hesab edən Bakı Dövlət Universitetində (BDU) elmi tədqiqatların keyfiyyətinin artırılması və milli kadr potensialının formalaşdırılmasına üstünlük verilir. 2024-cü ildə BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin əməkdaşları tərəfindən aparılan elmi-tədqiqatların nəticələri “Web of Science” və “Scopus” bazalarında indekslənən jurnallarda, 14-ü Q1 və 17-si Q2 kateqoriyalı jurnallarda olmaqla, 52-dən çox elmi əsərdə öz əksini tapıb. Bu elmi-tədqiqatlarda alınmış nəticələrin əksər hissəsi (yarıdan çoxu) gənc tədqiqatçılara məxsusdur.

Mərkəzin müxtəlif elmi-tədqiqat laboratoriyalarında çalışan gənc tədqiqatçılar ABŞ, Litva, Portuqaliya, Hollandiya, Makedoniya, İtaliya, Türkiyə, İsveçrə, Albaniya, Sloveniya və s. kimi ölkələrdə keçirilmiş 25-dən çox beynəlxalq, 15-dən artıq respublika konfransları və elmi seminarlarda apardıqları tədqiqatların nəticələri üzrə məruzələrlə çıxış ediblər.

Gənc tədqiqatçılar 2024-cü ildə dünyanın müxtəlif ölkələrinin aparıcı universitet və institutlarının elmi-tədqiqat laboratoriyalarında prioritet elm sahələri üzrə birgə tədqiqatlar aparıblar. Belə ki, BDU-nun gənc tədqiqatçılarından Aynurə Kərimova Almaniyanın Heydelberq Universiteti, Günel Əliyeva Türkiyənin Hacettəpə Universiteti, Zeynəb Addayeva Yıldız Texniki Universiteti, Orxan Güləhmədov Makedoniyanın Skopye Müqəddəs Kiril və Mefodi Universiteti, Aygün İsrayılova ABŞ-nin Emory Universiteti, Məhəmməd Bağır Bağırov Sloveniyanın Metallar və Texnologiya İnstitutu, Xatirə Mehtiyeva İtaliyanın Kalabriya Universitetində və s. birgə tədqiqatlar aparıb və aldıqları elmi nəticələrin istehsalatın müxtəlif sahələrində tətbiqi üzrə xarici ölkə mütəxəssislərinin təcrübəsini öyrəniblər.

Xəbərlər

Görkəmli uşaq şairi Zahid Xəlil BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb

Görkəmli uşaq şairi Zahid Xəlil BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb
06/04/2026

BDU-nun Biologiya fakültəsində duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur

BDU-nun Biologiya fakültəsində duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur  
06/04/2026

BDU-nun komandası Özbəkistanda keçirilən beynəlxalq kibertəhlükəsizlik yarışında uğurla iştirak edib

BDU-nun komandası Özbəkistanda keçirilən beynəlxalq kibertəhlükəsizlik yarışında uğurla iştirak edib
06/04/2026