BDU Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkil etdiyi konfransda təmsil olunub

26/04/2021

Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkil etdiyi “Cəmiyyətin intellektual inkişafında kitab və mütaliənin rolu” mövzusunda konfrans keçirilib. Konfransda mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Milli Komissiyanın baş katibi Elnur Sultanov, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Məmməd Əliyev çıxış edibər.

Sonra Milli Kitabxananın direktoru, professor Kərim Tahirov “Ulu Öndər Heydər Əliyev kitab və mütaliənin rolu haqqında”, Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı “Kitab və mütaliənin kütləviləşdirilməsində Bakı Kitab Mərkəzinin rolu”, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Gənclər arasında kitab və mütaliənin təbliği” mövzularında məruzə ediblər. Konfransda BDU-nu təmsil edən Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı vəzifəsini icra edən Ələmdar Bayramov məruzə ilə çıxış edərək Universitetdə bu istiqamətdə həyata keçirilən işlər barədə məlumat verib. Bildirib ki, BDU-da Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin tərkibində Əqli mülkiyyətin qorunması şöbəsi yaradılıb. Şöbənin fəaliyyəti BDU-nun intellektual mülkiyyətinin qorunmasını təmin etmək, ixtiraçılıq, patent-lisenziya, tətbiqi elmi-tədqiqat işlərinin və işləmələrin perspektiv və cari planlarını hazırlamaq, ixtiraçılara və tədqiqatçılara ixtiraların tərtibində və müəlliflik hüququnun qorunmasında yardımçı olmaq, əməkdaşların və tələbələrin əqli mülkiyyətin qorunmasının hüquqi aspektləri üzrə təlimlərinə təşkilati dəstək vermək kimi vacib məsələləri əhatə edir.

Eyni zamanda bildirilib ki, BDU-dan 2019-cu ildə Əqli mülkiyyət hüququ kafedrası yaradılmışdır. Kafedranın yaradılmasında məqsəd hüquq elminin, ümumiyyətlə hüququn mühüm sahələrindən olan əqli mülkiyyət hüququnu araşdırmaq, tədris etmək, eləcə də bu sahədə dünya təcrübəsini öyrənməkdir. Həmçinin BDU ilə Fransanın Lyon 2 Universiteti arasında inmazlanmış müqaviləyə əsasən “Əqli mülkiyyət hüququ” ixtisası üzrə ikili magistr diplomu proqramının həyata keçrilməsinə başlanıldığı da konfrans iştirakçılarının diqqətinə çatdırılmışdır. Məruzədə Universitetin Kitabxanaçılıq-iformasiya fakültəsində müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında fənnlərin tədris olunduğu, fakültə əməkdaşları tərəfindən bu sahə üzrə monoqrafiya, dərs vəsaiti və elmi məqalələrin hazırlandığı, bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələr tərəfindən həmin mövzuları əhatə edən buraxılış işləri və dissertasiyaların müdafiə olunduğu da vurğulanmışdır.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024