BDU əməkdaşı “HackerRank Campus Crew 2026” proqramına seçilib

06/10/2026

Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan-Koreya Kompüter Elmləri Mərkəzinin mütəxəssisi Nihat Qəribli beynəlxalq texnologiya platforması olan “HackerRank”ın “Campus Crew 2026” proqramına seçilib.

Müsahibə və seçim mərhələlərini uğurla başa vuran Nihat Qəribli proqramda BDU-nu təmsil edəcək.

“HackerRank Campus Crew” universitetlərdə proqramlaşdırma və texnologiya icmalarının inkişafını dəstəkləyən beynəlxalq tələbə səfirliyi proqramıdır. Proqram iştirakçıları öz universitetlərində “HackerRank”ın missiyasını təmsil edir, texnologiya və proqramlaşdırma istiqamətində təşəbbüslərin həyata keçirilməsinə, icmaların formalaşdırılmasına və gənclərin kodlaşdırma bacarıqlarının inkişafına töhfə verirlər.

Proqram çərçivəsində Nihat Qəribli BDU-da proqramlaşdırma icmasının inkişafı, müxtəlif texnoloji təşəbbüs və tədbirlərin təşkili, həmçinin universitet ictimaiyyətinin beynəlxalq texnologiya ekosistemi ilə əlaqələrinin genişləndirilməsi istiqamətində fəaliyyət göstərəcək.

Nihat Qəriblini təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!

 

Xəbərlər

BDU Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti ilə anlaşma memorandumu imzalayıb

BDU Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti ilə anlaşma memorandumu imzalayıb
06/10/2026

BDU əməkdaşı “HackerRank Campus Crew 2026” proqramına seçilib

BDU əməkdaşı “HackerRank Campus Crew 2026” proqramına seçilib
06/10/2026

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05/10/2026