BDU əməkdaşı KOBİA-nın keçirdiyi 4-cü qrant müsabiqəsinin qalibi olub

05/12/2023

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi,  Fizika fakültəsinin lll kurs doktorantı Orxan Güləhmədov Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrin maliyyələşdirilməsi məqsədilə keçirdiyi 4-cü qrant müsabiqəsinin qalibi olub.

Orxan Güləhmədovun “Triboelektrik nanogeneratorlar əsasında hibrid formalı enerji sisteminin yaradılması və ağıllı bel çantasına inteqrasiya edilməsi” adlı layihəsi çərçivəsində mikro strukturlu neylon və poliuretan materillarından istifadə edilməklə çoxqatlı triboelektrik nanogeneratorların (TENG) yaradılması, TENG-in çıxış performansının artırılması üçün səthdə nanostrukturların formalaşdırılması, külək, günəş və biomexaniki enerjini elektrik enerjisinə generasiya edən hibrid sistemin yaradılması və inkişaf etdirilməsi, portativ elektronik cihazlarda hibrid sisteminin tətbiq imkanının yoxlanılması həyata keçiriləcək. Layihənin icrası zamanı əldə olunan məhsulun bazar dəyəri müəyyən olunacaq və davamlılıq testləri də aparılacaq.

Xəbərlər

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib
19/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi keçiriləcək

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi keçiriləcək
19/08/2026