BDU əməkdaşı İspaniyada COST proqramının dəstəyi ilə keçirilən beynəlxalq tədbirdə məruzə edib

28/04/2026

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Lalə Qəhrəmanlı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Elm və Texnologiyada Avropa Əməkdaşlığı (Europian Cooporation in Science and Technology - COST) proqramının dəstəyi ilə keçirilən beynəlxalq tədbirdə iştirak edib.

“Məhdud molekulyar sistemlər: yeni nəsil materiallardan ulduzlara qədər (CA21101, Confined Molecular Systems: From a New Generation of Materials to the Stars – COSY)” layihəsi çərçivəsində təşkil olunan IV ümumi görüş Madrid şəhərində, İspaniya Milli Elmi Tədqiqatlar Şurasının Fundamental Fizika İnstitutunda keçirilib.

Lalə Qəhrəmanlı tədbirdə “Fotokataliz üçün 2D/1D Qrafen/Ag-Ag2S-Ag2O Plazmonik-yarımkeçirici-metal oksid sinergetikası” adlı məruzə ilə çıxış edib. Məruzədə 2D/1D hibrid nanoquruluşları əsasında hazırlanmış qrafen/Ag-Ag2S-Ag2O fotokatalitik sistemlərin sintezi, quruluş və optik xassələri,  fotokatalitik aktivliyi və tətbiq imkanları ətraflı izah olunub.

Çıxış iştirakçılar tərəfindən maraqla qarşılanıb, sonda məruzəçi sualları cavablandırıb.

 

Xəbərlər

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026