BDU əməkdaşı İsveçrədə Ümumdünya Əqli Mülkiyyət və Ümumdünya Ticarət təşkilatlarının təlimlərində iştirak edir

15/11/2023

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Əqli mülkiyyət hüququ kafedrasının müəllimi Aydan Məmmədova Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Ümumdünya Ticarət Təşkilatı (ÜTT) tərəfindən təşkil edilən “Əqli mülkiyyət sahəsi üzrə müəllimlərin 19-cu beynəlxalq kollokviumu” adlanan iki həftəlik təlim kurslarında iştirak edir.

Kollokvium İsveçrənin Cenevrə şəhərində noyabrın 13-dən 24-dək davam edəcək. Kollokvium əqli mülkiyyət sahəsində dünyanın müxtəlif ölkələrindən olan ixtisaslaşmış müəllim və tədqiqatçılar üçün forum rolunu oynayır. O, beynəlxalq əqli mülkiyyətin cari mənzərəsinin və vəziyyətinin ətraflı icmalını təqdim edir. Eyni zamanda, tədbirə ev sahibiliyi edən iki təşkilatın bu sahədə daha geniş perspektivlərinin, ÜƏMT və ÜTT-nin hüquqi sənədlərinin və cari təşəbbüslərinin dərin analizi nəzərdə tutulur. Kollokvium ilk növbədə bu sahədə universitetlərin potensialını gücləndirmək, milli təcrübə, tədris və tədqiqatı inkişaf etdirmək məqsədi daşıyır.

Səfər çərçivəsində Aydan Məmmədova ÜST-ÜƏMT-ÜTT tərəfindən noyabrın 14-də BMT-də keçirilən İnsan Sağlamlığı və İqlim Dəyişikliyi üzrə Üçtərəfli Simpoziumda da iştirak edib.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024