BDU əməkdaşı İtaliyanın Milli Nüvə Fizikası İnstitutunda tədqiqat aparacaq

29/12/2022

BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi Lalə Qəhrəmanlı İtaliyanın Milli Nüvə Fizikası İnstitutunun Frascati laboratoriyasında (National Laboratory of Frascati (LNF) of the National Institute for Nuclear Physics) tədqiqat aparacaq.

Lalə Qəhrəmanlı İtaliya hökuməti tərəfindən xaricdə yaşayan İtaliya vətəndaşları və xarici vətəndaşlar üçün 2022-2023-cü illər üzrə elan edilmiş qrant müsabiqəsində qalib olub.

Proqramda nəzərdə tutulan araşdırmanın professor Stefano Belluccinin rəhbərliyi altında həyata keçirilməsi nəzərdə tutulur. Birölçülü nanonaqillərin və hibrid sistemlərin fotokataliz prosesində istifadəsinin effektivliyi qazanılan qrant mövzusunun əsasını təşkil edir.

Xəbərlər

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026