BDU əməkdaşı “Telekommunikasiya sektorunda kibertəhlükəsizlik" mövzusunda tədbirdə iştirak edib

07/02/2025

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya Texnologiyaları Mərkəzinin Texniki proqram təminatı şöbəsinin mütəxəssisi Əfsanə Mustafazadə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə keçirilən “Telekommunikasiya sektorunda kibertəhlükəsizlik" mövzusunda dəyirmi masada iştirak edib.

Tədbirin əsas məqsədi kritik informasiya infrastrukturu sayılan telekommunikasiya sahəsində kibertəhlükəsizliyin təmin edilməsi məsələlərinin müzakirəsi, mövcud imkanlar və çağırışların dəyərləndirilməsi, habelə yeni təhdidlərə qarşı mübarizə üsullarının araşdırılması olub.

Görüşdə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura, eləcə də telekommunikasiya operatorları və AKTA üzvü olan şirkətlərin nümayəndələri iştirak ediblər.

Dəyirmi masa çərçivəsində telekommunikasiya sektorunda kibertəhlükəsizliyin təmin olunması üçün görülən tədbirlər, normativ tənzimləmə mexanizmləri, hibrid təhdidlərə və dezinformasiyaya qarşı mübarizə, kiberinsidentlərin idarə edilməsi, insan resurslarının gücləndirilməsi və məlumat mübadiləsinin effektiv təşkili kimi vacib məsələlər müzakirə edilib. BDU əməkdaşı kibertəhlükəsizlik sahəsində insan kapitalının inkişaf etdirilməsi və akademik sektorun bu istiqamətdə oynaya biləcəyi rol barədə fikirlərini bölüşüb.

Görüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzi tərəfindən yaradılmış kibertəhdid məlumat mübadiləsi platforması təqdim edilib və onun imkanları barədə ətraflı məlumat verilib.

 

Xəbərlər

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026

BDU-da tələbələrin universitet mühitinə uyğunlaşmasına dəstək

BDU-da tələbələrin universitet mühitinə uyğunlaşmasına dəstək
09/10/2026